<

"Qalib gəlməsək nüvə müharibəsinə başlayacayıq dünya məhv olacaq" - Rusiyadan Qan donduran AÇIQLAMA:

14:20 - 24 May 2022

QRusiya KİV-ləri Sputnik və Russia Today-in (RT) baş redaktoru Marqarita Simonyan Rusiyanın dövlət televiziyası “Rossiya-1”də yayımlanan verilişdə müharibə ilə bağlı danışıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Simonyan deyib ki, qalib olmasalar, bəşəriyyət üçün pis olacaq:

"Onların hamısı bizim uduzacağımıza, Qərbin isə qalib gələcəyinə inanır. Onlar başa düşmürlər ki, bu mümkün deyil. Bu, qətiyyən mümkün deyil, heç vaxt olmayacaq". 

O, həmçinin iddia edib ki, Rusiya münaqişədə öz yolunu tapa bilməsə, nüvə müharibəsi başlayacaq və bütün bəşəriyyət məhv ola bilər.

Simonyan rus tamaşaçılarına da  övladlarının heç vaxt Qərb təhsili almayacağına sevinməli olduqlarını deyib.
 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin