<

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

12:40 - 24 May 2022

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 29 350 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1302 tankı, 3194 zirehli döyüş maşını, 606 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 HHM sistemi, 205 təyyarəsi, 170 helikopteri, 22013 avtomobil texnikası, 13 gəmisi, 480 kəşfiyyat PUA-sı, 43 xüsusi texnikası, 107 qanadlı raketi məhv edilib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin