COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:33 - 24 May 2022
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.
Kinostudiyadan Manset.az-a verilən məlumata görə, beş nəfərdən ibarət olan Şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.
Şuranın üzvləri - aktrisa, Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvləri dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin