Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
28 Mart 2024
12:04 - 24 May 2022
Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb. Bildirilib ki, o, daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də bir neçə dəfə müxtəlif əməllərə görə tutulduğu qeyd edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin