Meymunçiçəyinə qarşı peyvənd satışa buraxıldı

11:41 - 24 May 2022

Meymunçiçəyinə qarşı peyvənd satışa buraxıldı

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), ölkədə meymunçiçəyinə qarşı istifadə ediləcək peyvəndi bazara çıxarmağa başladığını açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, CDC-nin Yüksək Nəticəli Patogenlər və Patologiya Bölməsinin direktor müavini Cennifer MakQuiston mətbuata bildirib ki, iki dozalı “Jynneos” peyvəndi (həm meymunçiçəyi, həm də çiçək xəstəliyinin qarşısını almaq üçün lisenziyalı) satışa buraxılıb.

ABŞ-də yoluxma sayının artma ehtimalının olduğunu bildirən MakQuiston, "Bizim yaxşı peyvənd ehtiyatımız var" deyib.
 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin