<

Müdafiə Nazirliyi avtoşluq edən əsgərlə bağlı MƏLUMAT yaydı

11:28 - 24 May 2022

Müdafiə Nazirliyi avtoşluq edən əsgərlə bağlı MƏLUMAT yaydı

Müdafiə Nazirliyi Bakıda avtoşluq edən əsgərlə bağlı açıqlama yayıb.

 

Nazirliyin Mətbuat xidmətindən Manset.az-a bildirilib:

"N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.

Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".

 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin