<

Azərbaycanda yüksək vəzifəli şəxslərə hökm oxuyan hakim təqaüdə göndərildi - FOTO

11:00 - 24 May 2022 - CƏMİYYƏT

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev 65 yaşı tamam olması ilə bağlı təqaüdə göndərilib.

Manset.az-ın xəbərinə görə, o, ötən gün icraatında olan sonuncu işlə bağlı hökm oxuyub və icraatında olan işləri yekunlaşdırıb.

Qeyd edək ki, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərən Əfqan Hacıyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyevin, sabiq səfir Eldar Həsənovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) və bir çox başqa səs-küylü cinayət işləri üzrə məhkəmə proseslərinə sədrlik edib.

E-huquq.az


Loading...

Xəbər xətti

25 İyun 2022