Şirvan polisindən əməliyyat: 2 qardaş saxlanıldı

09:33 - 23 May 2022

Şirvan polisindən əməliyyat: 2 qardaş saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mehdi Hüseynov və qardaşı, əvvəllər də narkotiklərə görə məhkum olunmuş İmanxan Hüseynov saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, həmin şəxslərin evlərinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumilikdə 96 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şəhər məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin