Alim Nəbiyev Azərbaycan çempionu oldu

08:53 - 23 May 2022

Alim Nəbiyev Azərbaycan çempionu oldu

“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev Azərbaycan çempionu olub. 

 

Manset.az xəbər verir ki, idmançı kikboksinq üzrə XXVI Azərbaycan çempionatında fərqlənib.

O, titullu idmançıların iştirakı ilə təşkil olunan final görüşlərindən ibarət Qala gecəsində qüvvəsini sınayıb. Nəbiyev 81 kq çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparıb. Onun rəqibi Elmar Abdullayev olub. Bu döyüşdən qələbə ilə ayrılan Alim çempion adına yiyələnib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin