Bakıda kəsimə hazırlaşan qəssab ürəyindən bıçaq xəsarəti aldı

09:39 - 20 İyul 2021

Bakıda kəsimə hazırlaşan qəssab ürəyindən bıçaq xəsarəti aldı

Bakının Suraxanı rayonunda ehtiyatsızlıqdan bir nəfər xəsarət alıb.

Manset.az xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.

Xəlilov küçəsində yaşayan 1974-cü il təvəllüdlü Əliyev Zaur Eldar oğlu bıçağı “laqonda” ilə itiləyərkən bıçaq onun əlindən çıxaraq ürək nahiyəsinə batıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(apa.az)


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin