Bəhram Bağırzadə videosuna görə TƏNQİD EDİLDİ

14:33 - 20 May 2022

Bəhram Bağırzadə videosuna görə TƏNQİD EDİLDİ

Əməkdar artist Bəhram Bağırzadənin paylaşdığı video narazılığa səbəb olub.

 

Manset.az xəbər verir ki, sənətçi fiziki əngəlli bir şəxsin “çəkmə, lazım deyil, başına dönüm” etirazına baxmayaraq ona suallar verməyə və görüntüyə almağa davam edir. Həmin şəxs isə gözləri yaşararaq sualları cavablandırır.

Bağırzadənin bu videosu birmənalı qarşılanmayıb. Onlarla insan komediyaçını tənqid edib, hətta şərh bölümündə Daxili İşlər Nazirliyini işarələyərək bir şəxsin iradəsinə zidd olaraq videoçəkiliş aparılmasına hüquqi qiymət verilməsini tələb ediblər.

Etirazlardan sonra B.Bağırzadə videonu sosial şəbəkə hesablarından silib.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin