Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

09:22 - 20 May 2022

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

 

Manset.az UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Donetsk vilayət Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko milli marafonun efirində danışıb.

Onun sözlərinə görə, ruslar Baxmuta gedən əsas yollardan birini kəsməyə cəhd etsələr də, məğlub olublar.

Kirilenko bildirib ki, dünən, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka, Toretsk düşmənin atəşinə məruz qalıb.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin