Ceyhun Bayramov Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxış etdi
24 Sentyabr 2024
18:27 - 19 İyul 2021
Biləsuvarda velosipedçini minik avtomobili vurub.
Manset.az-ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazində yerləşən "Rüfət" şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedlə hərəkət edən Bəydili kənd sakini, 2004-ci il təvəllüdlü, Həsənov Rəvan Ziya oğlunu vurub.
Nəticədə velosipedçi ağır xəsarət alıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin