Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
17:51 - 19 İyul 2021
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkədə yenə bir vəzifəli şəxsi istefaya göndərib.
Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, N.Paşinyanın qərarı ilə ölkənin Xarici İşlər Nazirliyinin Baş katibi Vaaqn Melikyan tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Nikol Paşinyan bu yaxınlarda Armen Qriqoryanı Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edərək xarici işlər nazirinin birinci müavini təyin edib.
Xatırladaq ki, Ermənistan XİN-in keçmiş rəhbəri Ara Ayvazyan mayın 27-si istefa vermişdi. Onun ardınca müavinləri də istefa verdiklərini elan etmişdilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin