<

Azərbaycanda itləri kütləvi şəkildə öldürdülər - VİDEO

16:15 - 18 May 2022 - CƏMİYYƏT

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin Bərdə rayonu 866-cı qəsəbədə çəkildiyi bildirilir. Şikayətçi iddia edir ki, itləri öldürməyi icra başçısı göstəriş verib, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.

Onlar polisə müraciət etdiklərini, çox kobud cavab aldıqlarını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı videonu təqdim edirik:


Loading...

Xəbər xətti

28 İyun 2022