"CBC Sport"un şərhçisi İspaniyada canlı yayım zamanı çətin vəziyyətlə üzləşdi - VİDEO

16:06 - 18 May 2022

CBC Sport-un şərhçisi Elnur Məmmədli İspaniyanın Sevilya şəhərində canlı yayım zamanı çətin vəziyyətlə üzləşib.

 

Manset.az xəbər verir ki, şərhçi çalışdığı telekanal üçün canlı efirə çıxarkən ona azarkeşlərdən biri yaxınlaşıb.

Şərhçi özü həmin azarkeşin onu vuracağını zənn etdiyini bildirib.

Qeyd edək ki, bu gün Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları arasında UEFA Avropa Liqasının final qarşılaşması baş tutacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

BAKU.WS


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin