Zelenski ölkədə hərbi vəziyyətin uzadılmasını istəyir

15:56 - 18 May 2022

Zelenski ölkədə hərbi vəziyyətin uzadılmasını istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması təşəbbüsü ilə çıxış edib.

 

Manset.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə müvafiq qanun layihəsi Ali Radanın saytında yerləşdirilib.

Bununla belə, Radanın saytında sənədin mətni dərc olunmayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti fevralın 24-ü ölkədə hərbi vəziyyətin tətbiq edilməsi barədə sərəncam imzalayıb. Ukraynalı deputatlar elə həmin gün sənədi təsdiq ediblər.

Sərəncama əsasən, ölkədə hərbi vəziyyət 2022-ci il fevralın 24-dən 30 sutkalıq tətbiq edilib.

Ali Rada martın 15-i hərbi vəziyyətin müddətini aprelin 24-nə kimi uzadıb. Aprelin 21-i isə hərbi vəziyyət mayın 25-nə kimi uzadılıb.


Xəbər xətti

30 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin