<

Bu avropa ölkəsində ölüm cəzası TƏSDİQLƏNDİ - ŞOK

15:11 - 18 May 2022 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko terror aktlarının ölüm cəzası ilə cəzalandırılmasını nəzərdə tutan düzəlişi təsdiqləyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lukaşenko cinayət məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib və terror cinayətlərində əli olanlar edam cəzasına məhkum edilə biləcəyi barədə qərar qəbul edib.

Ölkədə insan tələfatına, amansız və kütləvi qətllərə səbəb olan terror fəaliyyətlərində ölüm cəzası artıq tətbiq edilsə də, bu çərçivənin genişləndirilməsi tələb olunub.

Xüsusən də Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən Belarus parlamenti qərarı dəstəkləyib. 

Yeni qaydalar rəsmi yayımlandıqdan sonra 10 gün ərzində qüvvəyə minəcək.
 


Loading...

Xəbər xətti

28 İyun 2022