Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi

14:35 - 18 May 2022

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Manset.az xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Rize-Artvin Hava Limanı “1915-ci il Çanaqqala Körpüsü” kimi bu il həyata keçirilən nəhəng layihələrdən biridir.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu həyəcanı bizimlə bölüşdüyünə görə təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Rize-Artvin Hava Limanının açılışı mayın 14-də baş tutub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin