<

"Şərq Tərəfdaşlığı layihəsini güclü şəkildə dəstəkləyirik" - Litva Prezidenti

13:40 - 18 May 2022 - SİYASƏT

"Litva hər zaman Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında daha sıx dialoqu dəstəkləyib. Biz Şərq Tərəfdaşlığı layihəsini də güclü şəkildə dəstəkləyirik və bu məsələni də Sizinlə müzakirə etmək arzusundayıq".

 

Manset.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"İkitərəfli münasibətlərimiz və iqtisadi əlaqələrimiz əhəmiyyətlidir və şadam ki, məni işgüzar dairələri təmsil edən nümayəndə heyəti müşayiət edir. Onlar xüsusi tədbirdə iştirak edərək, mümkün iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər. Düzgün bilirəmsə, biz də orada açılış nitqi ilə çıxış edəcəyik.

Əlbəttə, mədəniyyət və təhsil sahələri də vacibdir. Bizim iki universitetimizin rektoru və digər universitetləri təmsil edən nümayəndələr də Azərbaycanda səfərdədirlər. Onlar müştərək proqramları müzakirə edəcəklər ki, bu sahədə də əlaqələr daha yüksək səviyyəyə qalxsın.

Zənnimcə, ölkələrimiz arasında müəyyən coğrafi məsafə olsa da, xalqlarımız 1990-cı illərdən bəri mədəni əlaqələri yaxşı xatırlayır. Bu baxımdan, bu sahəyə də təkan verilməsi mühüm əhəmiyyət kəsb edir", - Litva Prezidenti deyib.


Loading...

Xəbər xətti

28 İyun 2022