<

Rusiya “Azovstal”da təslim olan ukraynalı hərbçilərin sayını AÇIQLADI

13:22 - 18 May 2022 - DÜNYA

“Azovstal” kombinatının ərazisində blokadada qalmış ukraynalı hərbçilər və “Azov” alayının döyüşçüləri təslim olmağa davam edirlər”.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

“Ötən sutka ərzində 29-u yaralı olmaqla 694 ukraynalı döyüşçü təslim olub”, - deyə məlumatda vurğulanıb.

Konaşenkov qeyd edib ki, ümumilikdə mayın 16-dan bu günə qədər 80-ni yaralı olmaqla 959 döyüşçü təslim olub. Bildirilib ki, onlardan 51-i “Donetsk Xalq Respublikası”nda xəstəxanaya yerləşdirilib.


Loading...

Xəbər xətti

28 İyun 2022