Türkiyədə ağır qəza - 2 ölü, 12 yaralı

13:13 - 18 May 2022

Türkiyədə ağır qəza - 2 ölü, 12 yaralı

Türkiyənin Tokat rayonunda işçiləri daşıyan mikroavtobusla minik avtomobili toqquşub.

 

Manset.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb və onlara tibbi yardım göstərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin