Jirinovskinin partiyasına yeni sədr təyin olundu

12:06 - 18 May 2022

Jirinovskinin partiyasına yeni sədr təyin olundu

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Dumada Rusiya Liberal Demokrat Partiyası fraksiyasının sədri seçilib.

 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı fraksiyanın mətbuat katibi Aleksandr Dyupin açıqlayıb.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının təsisçisi və lideri Vladimir Jirinovski aprelin 6-sı dünyasını dəyişdikdən sonra Slutski müvəqqəti olaraq fraksiyanın rəhbəri təyin olunmuşdu.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin