Bu şəxs evdə istehsal etdiyi elektrik enerjisinin 70 faizini satır - Fotolar

11:50 - 18 May 2022

Bu şəxs evdə istehsal etdiyi elektrik enerjisinin 70 faizini satır - Fotolar

Türkiyənin Kütahya şəhərində evinin damına quraşdırdığı günəş panelləri ilə elektrik enerjisi istehsal edən Nəzmi Eğret həm evinin elektrik enerjisini qarşılayır, həm də istehsal etdiyi enerjinin 70 faizini elektrik paylayıcı şirkətinə satır və gəlir əldə edir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təxminən 3 il əvvəl o, evinin damına günəş panelləri quraşdıraraq elektrik enerjisi istehsal etməyə başlayıb.

Zamanla panellərin sayını 18-ə çatdıran Eğret, saatda 5 kilovat/saat elektrik enerjisi istehsalına, gündəlik elektrik istehsalını isə 36 kilovat/saata çatdırıb. 

2019-cu ildə sınaqdan və qəbuldan sonra 3 ay ərzində istehsala başlayıb.

Eğret onu da bildirib ki, bu günə qədər ölkə iqtisadiyyatına 18 min kilovat/saat (kVt/saat) enerji qazandırıb.

 

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin