“Milyonçu” mənə heç nə qazandırmadı” - Azər Axşam

10:57 - 18 May 2022

“Milyonçu” mənə heç nə qazandırmadı” - Azər Axşam

“Aparıcısı olduğum “Milyonçu” dünyaşöhrətli şou idi. Amma o şou mənə xırda populyarlıqdan savayı, heç nə qazandırmadı”.

 

Manset.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Azər Axşam “Üzə düz” verilişində deyib.

O, sözlərinə bunu əlavə edib: “Aktyor olur, yaxşı obrazlar ifa edir, sonda da heç bir mükafatı almır. Bu veriliş də mənim üçün belə bir şey oldu. Mənə olan dəyəri, qiyməti versələr, kifayət idi! Yalandan niyə danışım ki?! “Milyonçu” mənə yüksək məşhurluq vermədi, bu gün də kimsə demir ki, Azər Axşam bilirsən kimdir? Dünyaşöhrətli “Milyonçu”nun aparıcısıdır”.

“Milyonçu” verilişindən kadr

Azər Axşam illər sonra İTV-də yayımlanmağa başlayan “Milyonların şousu” verilişində də danışıb: “Bu şou yenidən başlayanda çox adam məni təbrik etmək üçün zəng etdi. Səbəbini soruşanda dedilər ki, bəs şou başlayır da. Hər kəs gözlədi. Dedim, vallah, mənə deməyiblər, inanın ki, heç deməyəcəklər. Müraciət də olmayacaq. 49 yaşım var, nə aparıcı, nə də aktyor kimi heç bir telekanaldan təklif gəlməyib. Azərbaycanda təklif olunmur!”

O, həmçinin veriliş aparılığını tanışa, sponsor tapana verildiyini bildirib: “Proqramı onun öhdəsindən daha yaxşı gələcək birinə vermirlər. Efir saatlarının bölümü düz deyil. Hər aparıcının bir müddətdən sonra aparacağı saat var. O öz zəhməti ilə axşam efirini qazanıb axı. Bu gün “primetime”da Azər Axşam yoxdur! Belə bir sual yaranır. Azər Axşam yoxdur, kim bəs? Azərdən yaxşısı varsa, alqışlayıram! Mütləq ki var! Azərə axşam efiri vermirsən, tamam! Bəs kimə verirsən?!”


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin