<

Rusiyanın ən böyük bankı bu ölkədən çıxır

10:43 - 18 May 2022 - DÜNYA

Rusiyanın ən böyük bankı olan Sberbank London Birjasından çıxmağı planlaşdırdığını açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sberbank açıqlamada depozit qəbzlərinin dövriyyəsini dayandırmaq niyyətini London Birjasına çatdırdığını bildirib.

Banka məxsus əmanət qəbzlərinin 30 gün ərzində 1-dən 4-ə nisbətində Sberbankın səhmləri ilə dəyişdirilə biləcəyi bəyan edilib.

Qərb ölkələri Ukraynadakı müharibəyə görə bir çox Rusiya bankını, o cümlədən Sberbankı sanksiya siyahısına salıb.
 


Loading...

Xəbər xətti

28 İyun 2022