Litva Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

10:36 - 18 May 2022

Litva Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

Azərbaycana rəsmi səfərə gələn Litva Prezidenti Gitanas Nausedanın mayın 18-də rəsmi qarşılanma mərasimi olub.

 

Manset.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Litva Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Litva Prezidentinə raport verib.

Prezident Gitanas Nauseda Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Litva və Azərbaycan respublikalarının Dövlət Himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Gitanas Nausedanın qarşısından keçib.

Azərbaycan nümayəndə heyəti Litva Prezidentinə, Litva nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.









Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin