<

Küçədən yeni doğulmuş körpə meyiti tapıldı - VİDEO

09:22 - 18 May 2022 - SİYASƏT

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

 

Manset.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 52 ünvanında qeydə alınıb.

Həyət evlərinin yerləşdiyi ərazidə yaxınlıqdan keçən insanlar azyaşlının cansız cəsədini görüblər.

Hadisə ilə bağlı dərhal rayon polisinə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, meyit azyaşlı oğlan uşağına məxsusdur.

Ərazidə yaşayan insanlar son vaxtlar ümumiyyətlə Bakıda və digər rayonlarda belə halların tez-tez baş verməsini anlaya bilmədiklərini deyirlər.

Faktla bağlı hazırda həm rayon polisi, həm də prokururluğu araşdırma aparır. Uşağın meyitinin hansı şəraitdə ora atıldığı və hadisənin konkret detalları araşdırmadan sonra üzə çıxacaq.


Loading...

Xəbər xətti

28 İyun 2022