Kreml İlham Əliyevin Rusiyaya səfərini təsdiqlədi

15:32 - 19 İyul 2021

Kreml İlham Əliyevin Rusiyaya səfərini təsdiqlədi

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin hazırlıqlarını təsdiqləyir.

Manset.az  xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün olub-olmayacağı sualına Peskov “Bəli, belə bir işgüzar səfərin hazırlıqları gedir”, - deyə cavab verib.

Onun sözlərinə görə, səfər çərçivəsində hər hansı bir sənədin imzalanacağı gözlənilmir.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin