Türkiyə Ağrı dağı əməliyyatına başladı

23:48 - 17 May 2022

Türkiyə Ağrı dağı əməliyyatına başladı

Türkiyə Daxili İşlər Nazirliyi Ağrı dağı bölgəsində xüsusi antiterror əməliyyatına başlayıb.

Tədbirə ölkənin Milli Kəşfiyyat Təşkilatından (MİT) gələn məlumatlara əsasən start verilib.

Manşet.az xəbər verir ki, kəşfiyyatçılar bölgəyə İrandan gələn terrorçuların sızması ilə bağlı müvafiq qurumları xəbərdar ediblər.

Jandarm və təhlükəsizlik qüvvələrinin birgə əməliyyatlarına 915 şəxsi heyət (52 əməliyyat qrupu) cəlb edilib.

Artıq əməliyyatın ilk günündə mağarada gizlənən bir terrorçunun zərərsizləşdirildiyi bildirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin