Rusiya bu ölkəylə quru sərhədini AÇDI

23:43 - 17 May 2022

Rusiya bu ölkəylə quru sərhədini AÇDI

Rusiya Gürcüstanla quru sərhədini açıb.

Manşet.az xəbər verir ki,  bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında sərəncam dərc olunub.

Sənədə əsasən, artıq quru sərhədlərindən Gürcüstana getmək üçün artıq əsaslandırma tələb olunmur.

Qeyd edək ki, bunədək Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Sözügedən məhdudiyyətlər Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı ilə tətbiq edilib ki, bu da koronavirus pandemiyası ilə əlaqədar avtomobil, dəmir yolu, piyada və digər keçid məntəqələrində nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin