Bakıda güclü YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNİB

23:29 - 17 May 2022

Bakıda güclü YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNİB

Məlumat verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Manşet.az xəbər verir ki, Baku TV yanğının baş verdiyi ərazidən canlı yayıma qoşulub.

Məlumata görə, hazırda yanğın söndürülüb.

***

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda güclü yanğın hadisəsi baş verib. 

Manşet.az xəbər verir ki, bu barədə sosial mediada videogörüntülər yayılıb. 

Bildirilib ki, yanğın Mərkəzi Parkda, köhnə "Sovetski" məhəlləsində qeydə alınıb. 

Həmin görüntüləri təqdim edirik:

 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin