<

SON DƏQİQƏ: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

22:31 - 17 May 2022 - CƏMİYYƏT

Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Manşet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məluumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


Loading...

Xəbər xətti

28 İyun 2022