Ermənistanda növbəti etiraz aksiyası BAŞLAYIB

20:33 - 17 May 2022

Ermənistanda növbəti etiraz aksiyası BAŞLAYIB

İrəvanın mərkəzində, Fransa meydanında müxalifət tərəfdarlarının etiraz aksiyası başlayıb.

Manşet.az xəbər verir ki, aksiyada 1 000-dən çox insan iştirak edir.

Təşkilatçılar xüsusi quraşdırılmış böyük ekranda toplaşanlara etirazçıların polis tərəfindən saxlanmasının görüntülərini nümayiş etdirirlər. Dünəndən elan olunan etiraz aksiyası hələlik dinc məcrada keçir.

Qeyd edək ki, bu gün səhər İrəvan polisinin mətbuat xidməti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə şəhərin bəzi küçələrini bağlayan 286 müxalifət fəalının həbs edildiyini açıqlamışdı.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin