Niderlandın xarici işlər naziri Vopke Hukstra Haaqada ukraynalı həmkarı Dmitri Kuleba ilə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüş keçirib.
Manşet.az xəbər verir ki, bu barədə krallığın hökumətinin informasiya xidməti məlumat yayıb.
Görüşdə Rusiyaya qarşı sanksiyalar, Ukraynaya silah təchizatı, humanitar və maliyyə-iqtisadi yardımlar müzakirə edilib.
Nazirlər Ukraynada hərbi əməliyyatlar zamanı beynəlxalq cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparıblar.