<

G7 Ukraynaya 15 milyard avro ayırır

19:50 - 17 May 2022 - DÜNYA

G7-nin ("Böyük Yeddilik") maliyyə nazirləri bu həftə baş tutacaq görüşdə Ukraynaya 15 milyard avroluq yardım paketi barədə razılığa gəlmək istəyirlər.

Manşet.az "Report"a istinadən xəbər verir ki, paket üç ayı əhatə edəcək, kreditlərdən fərqli olaraq geri qaytarılmasına ehtiyac olmayan qrantlar şəklində qısamüddətli maliyyələşdirmə ilə təmin ediləcək. Belə ki, Ukraynanın gəlirləri azaldığı üçün xilasetmə proqramına ehtiyac var.

ABŞ artıq yardımın yarısını 7,5 milyard dollar qrant şəklində təqdim etməyi təklif edib.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 8-də G7 ölkələrinin liderləri Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya gələcək dəstəyi təmin edəcəklərini bildiriblər.


Loading...

Xəbər xətti

28 İyun 2022