Əhalinin DİQQƏTİNƏ: Sabah muzeylərə giriş pulsuz olacaq

19:01 - 17 May 2022

Əhalinin DİQQƏTİNƏ: Sabah muzeylərə giriş pulsuz olacaq

Sabah Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə açıq qapı günü keçiriləcək.

Manşet.az xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyinin saytında məlumat dərc edilib. 

Bildirilib ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir:

 "Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. ICOM tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərin gücü” mövzusuna həsr olunub. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub.Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər”.

Açıq qapı gününün şamil edildiyi muzeylərin siyahısını təqdim edirik:

Muzeyin adı

Ünvan

1

Azərbaycan Milli İncəsənət Muzeyi

Bakı şəh., Niyazi küçəsi, 9/11

2

Azərbaycan Milli Xalça Muzeyi

Bakı şəh., Mikayıl Useynov pr-ti 28, Bulvar
 

3

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi

Bakı şəh., Neftçilər prospekti, 123a

4

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

Bakı şəh., Neftçilər prospekti, 123a

5

Filial: Niyazinin Xatirə Muzeyi

Bakı şəh., Bülbül pr-ti 21, mənzil 24

6

Filial: Vaqif Mustafazadənin Xatirə Muzeyi

İçərişəhər, V.Mustafazadə döngəsi 4
 

7

Filial: Xalq çalğı alətləri şöbəsi

Bakı şəh., Zərgərpalan küçəsi
 

8

Filial: Qara Qarayevin Ev-Muzeyi

Bakı şəhəri, Nizami küçəsi, 47

9

Azərbaycan İstiqlal Muzeyi

Bakı şəh., Neftçilər prospekti, 123 a
 

10

Üzeyir Hacıbəylinin Ev-Muzeyi

Bakı şəh., Ş.Əzizbəyov küçəsi, 67/69
 

11

Səməd Vurğunun Ev-Muzeyi
 

Bakı şəh., Tərlan Əliyarbəyov küçəsi, 6
 

12

Bülbülün Memorial Muzeyi

Bakı şəh.,
Bülbül prospekti, 15

13

Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
 

Bakı şəh., Xəqani küç. 43

14

Cəlil Məmmədquluzadənin Ev-Muzeyi
 

Bakı şəh., S.Tağızadə küçəsi, 56

15

Əzim Əzimzadənin Mənzil-Muzeyi
 

Bakı şəh., D.Əliyeva küçəsi, 157

16

Nəriman Nərimanovun Xatirə Muzeyi
 

Bakı şəh., İstiqlaliyyət küçəsi, 35

17

Abdulla Şaiqin Mənzil-Muzeyi

Bakı şəh., A.Şaiq küçəsi, 21
 

18

L.və M. Rostropoviçlərin Ev-Muzeyi

Bakı şəh., L. və M. Rostropoviçlər küç., 19

19

Səttar Bəhlulzadənin Ev-Muzeyi

Bakı şəh., Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küç., 5a  

20

Yusuf Məmmədəliyevin Memorial Muzeyi

Bakı, Xocalı prosp. 30,

 

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin