Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi - FOTO
17 Noyabr 2024
14:15 - 17 May 2022
İstər xarici, istərsə də yerli sənət aləmindəki məşhurlar daim lüks həyat tərzi, bahalı əmlakları və avtomobilləri ilə gündəmdəmdədirlər.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bir-birindən sevilən hitləri ilə yerli və xarici şou-biznesdə özünəməxsus yeri olan Emin Ağalarov da diqqət mərkəzində olan məşhurlardandır.
Müğənniliklə yanaşı bəstəkarlıqla da məşğul olan ifaçı, həm də avtomobillərə olan marağı ilə tanınır. Onun maşın kolleksiyasında bahalı və lüks avtomobillərlə yanaşı, retro maşınlar da yer alır. İfaçı bəzən sözügedən avtombillərinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşür. Ağalarov klip çəkilişlərində daha çox şəxsi maşınlarından istifadə edir.
Xalq artistinin bahalı və lüks maşınlarından bir neçəsini siz oxuculara təqdim edirik:
İfaçının zövqlü və lüks avtomobillərindən biri "Jaguar" markalı maşındır. Qara rəngli milyonluq avtomobil "XF 2022 R-Dynamic" modellidir.
Sənətçinin kolleksiyasına retro avtomobillər də daxildir. Onlardan biri “Buick Riviera” markalı maşındır. Nəqliyyat vasitəsi 51 il əvvələ yəni, 1971-ci ilə aiddir.
Xalq artistin avtomobilləri sırasında sovet maşınları da var. Onlardan biri sarı rəngli “VAZ-2106” markalı avtomobildir. Ağalarov açıqlamalarından birində bu maşınının onun uşaqlıq arzusu olduğunu bildirib.
Ağalarovun kolleksiyasına aid maşınlar arasında hədiyyə edilənlər də var. Bir neçə il əvvəl müğənninin dostu İtalo Fontana ona lüks avtomobil bağışlayıb. Sözügedən maşından dünyada sadəcə 50 ədəddir.
İfaçının avtomobilləri arasında onun ilk sürdüyü maşını da yer alır. Ağalarovun sözlərinə görə, ilk dəfə idarə etdiyi avtomobil "VAZ-2107" markalı sovet maşını olub.
Sənətçinin kolleksiyasına aid digər avtomobillər sırasında "Lamborghini", "Hummer", "Wrangler" markalı maşınlar yer alır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin