Bakıda bu məşhur həyat yoldaşına bahalı maşın hədiyyə etdi - VİDEO
3 Fevral 2025
14:02 - 19 İyul 2021
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən beş şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, tədbirlər zamanı “Ceyran”, “Qardaşlar”, “Karvan”, “Tut ağacı” və “Azəri” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.
Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin