Vilayət Eyvazov polis kapitanını bölmə rəisi TƏYİN ETDİ

17:33 - 16 May 2022

Vilayət Eyvazov polis kapitanını bölmə rəisi TƏYİN ETDİ

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

 

Manset.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şıxəliyev Turan Şikar oğlu vəzifəsindən azad olunub.

O, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin