Mustafa Şentop Azərbaycana gəldi - FOTO

16:01 - 16 May 2022

Mustafa Şentop Azərbaycana gəldi - FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

 

Manset.az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin