Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına CAVAB
24 Noyabr 2024
11:20 - 16 May 2022
“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.
Manset.az "Unikal"a istinadən xəbər verir ki, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.
Bildirib ki, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.
Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin