Kəbə tarixində İLK: Zəvvarlara onlar xidmət edəcək

09:52 - 19 İyul 2021

Kəbə tarixində İLK: Zəvvarlara onlar xidmət edəcək

Səudiyyə Ərəbistanı Həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və onları istiqamətləndirmək üçün 2 robotun istifadəyə verildiyini açıqlayıb.

Manset.az "Ölkə.az"a istinadən xəbər verir ki, 3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan "şəxsi robot" zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq qabiliyyətinə malikdir.

"Təhlükəsizlik robotu"nun temperaturu ölçəcəyi, insanların maska ​​taxmasına nəzarət edəcəyi və ərazidə davamlı dezinfeksiya işləri aparacağı qeyd edilib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi iyunun 12-də xaricdən heç kəsin Həcc ziyarətinə qəbul olunmayacağını, ancaq ölkə daxilində xroniki xəstəlikləri olmayan, 18-65 yaş arasında olan 60 min şəxs üçün icazə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, COVID-19 səbəbindən Səudiyyə Ərəbistanı ötən il yalnız ölkə daxilindən məhdud sayda zəvvar qəbul edib. 


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin