Nadirdən finalöncəsi - Açıqlama

21:09 - 14 May 2022

Nadirdən finalöncəsi - Açıqlama

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm.

Manşet.az xəbər verir ki, bu sözləri “AZƏRTAC”a dünyanın ən böyük canlı musiqi tədbiri olan “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib.

“Avroviziya” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Avroviziya” gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilsin”, - deyə Azərbaycan təmsilçisi vurğulayıb.

Qeyd edək ki, bu gün 66-cı “Avroviziya” mahnı müsabiqəsinin finalı keçiriləcək (Bakı vaxtı ilə 23:00-da). Turin şəhərinin ev sahibliyi etdiyi və İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə 15-ci nömrə altında çıxış edəcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin