<

"Dünyada dəniz üzərində inşa edilən cəmi 5 hava limanı var" - Ərdoğan

21:03 - 14 May 2022 - KRİMİNAL

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil.

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var.

"Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq".

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğulayıb. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirib. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.


Loading...

Xəbər xətti

25 May 2022