Avstriyaya gedənlər üçün 3G qaydası ləğv olunur

20:10 - 14 May 2022

Avstriyaya gedənlər üçün 3G qaydası ləğv olunur

Mayın 16-dan etibarən Avstriyaya səyahət edənlər üçün koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan 3G qaydası (peyvənd sertifikatı, sağalmaya dair arayış və ya PZR testi) ləğv edilir.

Manşet.az xəbər verir ki, bu qərarla da dünyanın istənilən ölkəsindən Avstriyaya səfər edənlər heç bir öhdəlik olmadan ölkəyə daxil ola biləcəklər. Səhiyyə Nazirliyinin sərəncamında bu qərar hazırkı epidemioloji vəziyyətlə əlaqələndirilib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin