Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.
İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.
Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.