Yeni Zelandiyanın baş naziri koronavirusa YOLUXDU

18:59 - 14 May 2022

Yeni Zelandiyanın baş naziri koronavirusa YOLUXDU

Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin Covid-19 testi pozitiv çıxıb. Ardern mayın 8-dən həyat yoldaşı və uşağı ilə təcrid olunub.

Manşet.az xəbər verir ki, o, sosial media hesabında Covid-19 testinin pozitiv çıxdığını göstərən foto paylaşıb.

Ardern paylaşımında yoluxmamaq üçün əlindən gələni etsə də, Covid-19 testinin digər ailə üzvləri kimi pozitiv olduğunu söyləyib.

Ardern bu həftə hökumət üçün çox vacib olan işlərdə yer ala bilməyəcəyindən təəssüfləndiyini bildirib və komandası ilə təmasda olacağını vurğulayıb.

Qeyd edək ki, Ardern Covid-19-a qarşı iki doza peyvənd vurdurmuşdu.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin