<

Maşın ağaca çırpıldı- Sürücü içəridə sıxılı vəziyyətdə qaldı

18:48 - 14 May 2022 - HADİSƏ

Qazax rayonunun Çaylı kəndində “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.

Manşet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nəticədə xilasedici köməyinə ehtiyac yaranıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Loading...

Xəbər xətti

25 May 2022