Müharibə başlayandan bəri 227 ukraynalı uşaq ÖLDÜRÜLDÜ

18:43 - 14 May 2022

Müharibə başlayandan bəri 227 ukraynalı uşaq ÖLDÜRÜLDÜ

Rusiya hərbçiləri genişmiqyaslı müharibə başlayandan bəri 227 ukraynalı uşağı öldürüb.

Manşet.az xəbər verir ki bu barədə Ukrayna Baş Prokurorluğu öz “Telegram” səhifəsində məlumat yayıb.

“2022-ci il mayın 14-də səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 647 uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 227 uşaq həlak olub, 420 uşaq yaralanıb. Bu rəqəmlər yekun deyil, belə ki, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə bu rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir” – deyə məlumatda qeyd edilib.

Uşaqlar arasında ən çox qurbanlar sayı Donetsk vilayətindədir - 139, Kiyev - 116, Xarkov - 99, Çerniqov - 68, Xerson - 48, Luqansk - 45, Nikolayev - 44, Zaporojye - 28, Sumskaya - 17, Jitomda- 15 uşaq qətlə yetirilib.

Belə ki, mayın 12-də Luqansk vilayətinin Popasna şəhərinin atəşə tutulması zamanı mayın 1-də ağır yaralanan 12 yaşlı uşaq tibb müəssisəsində ölüb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin